Kəngərlidə bir ailənin üzvləri qəzaya düşdü - Körpə öldü - FOTO

 14:49 23.09.2026     107

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib. Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu, onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıb.

Onların övladı 2026-cı il təvəllüdlü Rəvan Qasımov həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır (APA).

Kəngərlidə bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən