Narkotikin təsiri altında olan sürücü həbs edildi

 11:39 24.09.2026     66

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən E.Həsrətov saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, tibbi müayinə zamanı sürücünün narkotik vasitə istifadə etdiyi məlum olub. E.Həsrətov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

Vumart və Güvən reklamı Vumart Güvən