Qazaxda açıq ərazidə yanğın - VİDEO
Qazax rayonunda açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Yuxarı Salahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 4 ha ərazidə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.













