Keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə aşkarlandı

 14:27 25.09.2026     58

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Redaktor.az xəbər verir ki, tədbirlərlə əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb. Ondan 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Buğluyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən