Xətai rayonunda anbarda yanğın - FOTO - YENİLƏNİB
Xətai rayonunda baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
***
Paytaxtın Xətai rayonunda, “NZS” ərazisində təkər tullamtıları yığılmış anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Ətraflı məlumat veriləcək.















