Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən və yaralanan var

 09:30 27.09.2026     107

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, magistralın Abşeron rayonu Xırdalan şəhərindən keçən hissəsində “Chevrolet” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə, bir nəfər hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən