Naxçıvanda maşın aşdı - Ölən var

 11:06 27.09.2026     76

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən