Ağsuda yanğın törədən şəxs tutuldu

 10:33 29.09.2026     49

Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib.

Redaktor.az-ın məlumatına görə, nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən