Beyləqanda elektrik yarımstansiyasında yanğın OLDU

 20:59 29.09.2026     55

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən