Oğuzda narkotik dövriyyəsi ilə bağlı 3 nəfər SAXLANILDI

 12:40 30.09.2026     63

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Redaktor.az-ın məlumatına görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən