Masallıda qəzada iki nəfər öldü - YENİLƏNİB

 09:49 01.10.2026     257

Ötən gün saat 23:00 radələrində Masallı rayonunun Mollaoba kəndinin ərazisində Aşurlu kənd sakini Eminağa Həşimovun idarə etdiyi “VAZ” markalı avtomobili maneəyə vurması nəticəsində özü və sərnişini, Tüklə kənd sakini Elvin İbrahimov hadisə yerində ölüb.

Bu barədə Redaktor.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ilkin ehtimala görə, hadisəyə səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması göstərilir.

"Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır fəsadlara səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi iki gəncin faciəsi ilə nəticələnən bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır", - məlumatda qeyd olunub.

***

Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, baş verən avtoqəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən