Azərbaycanda toyda 89 nəfər ZƏHƏRLƏNDİ

 09:34 01.10.2026     157

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 89-u qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən