Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - YENİLƏNİB

 14:12 01.10.2026     209

Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.

***

"Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər".

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın qərb bürosuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.

***

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib (APA).

Vumart və Güvən reklamı Vumart Güvən