Məktəb bufetində zəhərlənən şagirdlərin sayı artdı - YENİLƏNİB
Gəncədə C. Cabarlı adına 6 nömrəli orta məktəbdə zəhərlənən şagirdlərin sayı 7 nəfərə çatıb.
Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, daha iki şagird - 2012-ci il təvəllüdlü Z.Əsadullayeva və N.Rzayeva Gəncəəhər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, həmin şagirdlərin məktəbin bufetində şirniyyat yedikləri ehtimal olunur.
***
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Redaktor.az xəbər verir ki, bu barədə "Teleqraf"ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.
***
Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.
***
"Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər".
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın qərb bürosuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.
***
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib (APA).













