Yağış Gəncə və Göyçayda fəsadlar yaratdı - FOTO+VİDEO

 14:16 03.10.2026     155

Gəncə və Göyçayda yağan güclü yağış fəsadlar yaradıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncədə gecə saatlarından başlayan yağış şəhərin bəzi ərazilərində çətinliklərə səbəb olub.

Belə ki, şəhərin Məhsəti qəsəbəsinin Müşviq Adıgözəlov küçəsində toplanan yağış sularından küçə tamamilə ilə keçilməz hala düşüb.

Yağış sularının evlərə dolmaq təhlükəsi yaranıb. Bu küçədə problem artıq 3 ilə yaxındır ki, davam edir.

Göyçayda isə səhər saatlarından başlayan aramsız yağış rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində olan irigövdəli şam ağacını yola aşırıb. 

Hadisə nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb. Piyadaların hərəkət etmələrində isə bir sıra çətinliklər yaranıb.

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 




 

Vumart və Güvən reklamı Vumart Güvən