Uşağın əli mətbəx çanağının süzgəcində ilişdi - Belə xilas edildi - VİDEO

 14:38 03.10.2026     65

Quba rayonu, Bəhrəli kəndində azyaşlının əli mətbəx çanağının süzgəcində sıxılı vəziyətdə qalıb.

Redaktor.az-ın məlumatına görə, hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən 2023-cü il təvəlüdlü azyaşlının əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən