Ucarda maşın velosipedçini vurub ÖLDÜRDÜ
Ucarda avtomobil velosipedçini vurub.
Redaktor.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.
Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil velosipedçini vurub. 40-45 yaşlarında olan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır (APA).













