Ucarda maşın velosipedçini vurub ÖLDÜRDÜ

 09:37 04.10.2026     132

Ucarda avtomobil velosipedçini vurub.

Redaktor.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil velosipedçini vurub. 40-45 yaşlarında olan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən