Biləsuvarda kişi qohumu tərəfindən qətlə yetirildi

 23:40 04.10.2026     62

Biləsuvar rayonunda qətl hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib 

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən ölüb.

Onun əməli törətməkdə şübhəli bilinən qohumu, 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən