Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

 15:32 05.10.2026     71

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən