Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb - XİN

 10:19 06.10.2026     124

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində gəmi heyətində olan 3 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Bu barədə Redaktor.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır:

"Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür".

Vumart və Güvən reklamı Vumart Güvən