Xaçmazda əməliyyat - İki nəfər həbs edildi
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb.
Redaktor.az xəbər verir ki, əməliyyatlar zamanı M.Oruclu və N.Cavadovdan ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.













