Baş həkimin müavini bıçaqlandı - Vüqar Qurbanovun qohumudur

 12:10 08.10.2026     193

Abşeron Rayon Mərkəzi Xəstəxanasında ağır cinayət hadisəsi baş verib.

Redaktor.az-ın lent.az-a istinadla verdiyi məlumata görə, xəstəxananın baş həkiminin müavini Orxan Ənvərli işdən çıxarılan sabiq əməkdaş Elçin Balayev tərəfindən bıçaqlanıb.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis əməkdaşlarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən E. Balayev saxlanılaraq istintaqa təhvil verilib. Qanlı hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır.

"Unikal"ın məlumatına görə, bıçaqlanan Orxan Ənvərli əvvəllər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2026-cı ilin yayında həmin postundan azad edilərək Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini təyin olunub.

Bildirilir ki, O. Ənvərli TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumudur.

Vumart və Güvən reklamı Vumart Güvən