Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı

 12:03 09.10.2026     53

Oktyabrın 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə,

dələduzluğa görə axtarışda olan 8 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 18 fakt müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 12,4 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 1 alışdırıcı və 4 tüfəng aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən