Masazırda avtomobillər yanıb kül oldu - VİDEO
Dünən axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 4 avtomobil yanıb.
Redaktor.az xəbər verir ki, hadisə “Yeni Bakı” yaşayış kompleksinin həyətində baş verib.
Həyətdə park edilən avtomobillərdən birinin alovlanması nəticəsində digər maşınlara da yanğın keçib. Nəticədə, 3 avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.
Hadisə yerinə müvafiq qurumların nümayəndələri gəlib. Araşdırma aparılır.
Daha ətraflı BTV-nin süjetində:













