Şəmkirdə qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az xəbət verir ki, N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən 2008-ci il təvəllüdlü əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olma səbəbindən yaranıb.
Faktla bağlı araşdırma davam etdirilir (APA).
***
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Niyamədin Quliyev bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni onun qardaşı Xaləddin Quliyevin törətdiyi ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.













