Qusarda evdə yanğın: 1 nəfərin meyiti tapıldı - YENİLƏNİB

 17:36 12.10.2026     407

Qusardabaş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.

Redaktor.az xəbər verir ki, meyiti tapılan şəxsin 1943-cü il təvvəllüdlü Hürüpəri Abdulkərimova olduğu bildirilir.

Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.

***

Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən