Bakı-Qazax yolunda sərnişin avtobusu yandı - FOTO

 18:00 12.10.2026     83

Bakı-Qazax magistral yolunun Ucardan keçən hissəsində sərnişin avtobusu yanıb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 13 radələrində yolun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes 403” markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Əraziyə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır (APA).




Vumart və Güvən reklamı Vumart Güvən