Bir ailənin 5 üzvü qəzaya düşdü - Ölən var

 11:15 14.10.2026     61

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi VAZ 2107 markalı avtomobili yol kənarına aşırıb.

Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü Əli Şukur oğlu Ələkbərov, qızları, 2014-cü il təvəllüdlü Əsli Şukur qızı Ələkbərova və 2012-ci il təvəllüdlü Əsmər Şukur qızı Ələkbərova olub. Qəza nəticəsində sürücünün arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən