DYP Gədəbəydəki qəza ilə bağlı açıqlama yaydı - YENİLƏNİB

 15:47 14.10.2026     163

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Gədəbəydə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

BDYPİ-dən Redaktor.az-a verilən məlumata görə, oktyabrın 13-ü saat 22:00 radələrində, Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.

***

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi VAZ 2107 markalı avtomobili yol kənarına aşırıb.

Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü Əli Şukur oğlu Ələkbərov, qızları, 2014-cü il təvəllüdlü Əsli Şukur qızı Ələkbərova və 2012-ci il təvəllüdlü Əsmər Şukur qızı Ələkbərova olub. Qəza nəticəsində sürücünün arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən