Salyanda təkəri partlayan TIR arakəsməyə çırpılaraq AŞDI
"Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 56-cı kilometrliyində qeydə alınıb".
Redaktor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
"Bu gün saat 12:30-da A.Nuriyevin idarə etdiyi "Mersedes Atego" markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə nəqliyyat vasitəsi yolun ortasındakı arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.













