Goranboyda yol qəzası baş verdi - 5 yaralı
Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
"Chevrolet" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub.
İlkin məlumata görə, qəza zamanı beş nəfər - Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.
Faktla bağlı araşdırma başlanılıb (Teleqraf).














