Əsgərimiz güllə yarasından vəfat edib? - FOTO - YENİLƏNİB

 17:16 15.10.2026     180

Lənkəran şəhər sakini olan gənc əsgər Orxan Şabanovun ölümünün səbəbi bilinib.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, Orxan Şabanov güllə yarasından dünyasını dəyişib.

Hadisə Şəmkir rayonundakı "N" saylı hərbi hissədə baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.

Həmçinin qeyd edək ki, Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aynur Şabanovanın oğludur. O, hərbi xidmətinin bir illik dövrünü başa vurub, orta təhsilli olub.

***

Azərbaycanda gənc əsgər vəfat edib.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, əsgər Orxan Şabanov hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.

O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.

Bildirilib ki, əsgərin ölümü ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

genc-esger-vefat-etdi

Vumart və Güvən reklamı Vumart Güvən