Goranboy sakinini güllələyən şəxs saxlanıldı - YENİLƏNİB

 13:56 16.10.2026     283

Goranboyda ov tüfəngi ilə qətl törədən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, Goranboy rayonunun Bağçakürd kəndində 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.

O. Həsənovun əqli qüsurlu olduğu bildirilir (APA).

***

Goranboyda güllələnmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayon sakini 1952-il il təvəllüdlü Q.Muradov 1995-ci il təvəllüdlü O.Həsənov tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən