Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
Bu gün günorta saatlarında İsmayıllı rayonunun Balik kəndi ərazisində ağır yol qəzası baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza zamanı “VAZ 2106” markalı avtomobil və “DAF” markalı TIR toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü 64 yaşlı Yasər Sadıqov ölüb, sərnişinləri xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.












