Biləsuvarda ağır qəza: Ölənlər və yaralananlar var - YENİLƏNİB
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində idarəetməni itirərək aşırıb.
Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır (Report).












