Qazaxda avtomobil 12 yaşlı piyadanı VURDU

 17:01 17.10.2026     121

Qazax rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Qazax rayonunun Kosalar - Canalı kənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2105” markalı avtomobil 2014-cü il təvəllüdlü Səyalı Xəlilovanı vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən