Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın - FOTO+VİDEO

 09:12 18.10.2026     64

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

222222
Vumart və Güvən reklamı Vumart Güvən