ADY dəmir yolunun kənarında kişi meyitinin tapılması ilə bağlı açıqlama yaydı - YENİLƏNİB

 11:59 18.10.2026     280

Kürdəmir rayonu ərazisində dəmir yolunun kənarında kişi meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Hadisə ilə bağlı dərhal aidiyyəti üzrə məlumat verilib.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

***

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az “Qafqazinfo”ya iatinadla xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən