Qaxda şagird məktəbdə yıxılaraq xəsarət ALDI

 15:40 20.10.2026     230

Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib.

Kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb.

9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.

Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən