Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi

 11:17 22.10.2026     33

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb.

Redaktor.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin şirkətdə mühafizəçi işlədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən