Bakıda binada uçqun OLDU - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib.
Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb”, - deyə əlavə edilib.
***
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.












