Vətən müharibəsi qazisini qətlə yetirib qardaşını yaraladılar - Saxlanılan var
Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.
Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də gecə saatlarında Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
Əldə edilən məlumata görə, 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə şəxsi münasibətlər zəminində Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə isə xəsarət yetirib. Polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Rahib Əminov Vətən müharibəsində könüllü iştirak edib, yaralanıb və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.












