Maşını park edərkən səkiyə aşırdı - VİDEO

 09:57 25.10.2026     135

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.

Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən