Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

 15:30 25.10.2026     128

Ağcabədidə bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Arazbar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan onun qardaşının həyat yoldaşı – 1983-cü il təvəllüdlü Adilə Hüseynova və azyaşlı övladları – 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova və onun qardaşı Umud Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən