Məktəblinin ölməsi ilə bağlı araşdırma başlandı - YENİLƏNİB
Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Redaktor.az xəbər verir ki, bbu barədə APA-nın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
***
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirib.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, məlumata görə, bədbəxt hadisə 3-cü dərs zamanı baş verib. Həmin vaxt sinif yoldaşları fiziki tərbiyə dərsində olduğu halda, şagird məşğələyə qatılmayıb.
Bildirilir ki, G.Dadaşovanın anası bir müddət əvvəl dünyasını dəyişib və o, xalasının himayəsində yaşayırmış.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, oktyabrın 28-də baş verən hadisədən dərhal sonra məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb:
"Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".












