Şəmkir-Gədəbəy yolunda ağır qəza: Xəsarət alan var
Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Redaktor.az xəər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Dünyamin Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır (APA).













