Bakıda azyaşlı qonşusunun evində pilləkəndən yıxılıb ÖLDÜ
Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 28-i saat 18 radələrində Sabunçu qəsəbəsində baş verib.
Qəsəbə sakini 2024-cü il təvəllüdlü Atilla Vasif oğlu İsmayılov qonşunun evində pilləkəndən yıxılaraq ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır (Report).













