Masallıda ağır qəza: 1 ölü, 1 yaralı - FOTO

 10:55 29.10.2026     69

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb. Belə ki, Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsində sərnişin qismində olan 1966-cı il təvəllüdlü Taleh Həsənov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (APA).

Masallıda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb

Vumart və Güvən reklamı Vumart Güvən