Məktəbli motosiklet qəzasında ÖLDÜ

 16:53 29.10.2026     168

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən